25 may 2021-ci il tarixində Nur-Sultan şəhərində ticarət meydançası, sərgi salonu, ofis, eləcə də milli Azərbaycan mətbəxi “Dolma” restoranının yerləşdiyi “Azərbaycan Ticarət Evi” kompleksinin rəsmi açılışı olub. Bu gün Azərbaycan Ticarət Evinin filialları Qazaxıstanın Aktau və Qaraqanda kimi şəhərlərində uğurla fəaliyyət göstərir. Ticarət Evinin fəaliyyəti iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafına təkan vermək, “Made in Azerbaijan” brendinin yerli məhsullarını təbliğ etmək məqsədi daşıyır.