Events

Caspian Energy Forum Izmir 2024 - 8 May

Hörmətli xanımlar və cənablar !
Böyük məmnuniyyətlə Sizi 8 may 2024-cü il tarixində İzmirdə Caspian Energy Club Türkiye və Energazer MMC tərəfindən keçiriləcək Beynəlxalq “Caspian Energy Forum Izmir 2024” tədbirinə dəvət edirik.
“Caspian Energy Forum Izmir 2024” - 3 paneldən ibarətdir və aşağıdakı mövzuları əhatə edəcək:
* COP28-in nəticələri və qəbul edilmiş qərarlar, Azərbaycan Respublikasında keçiriləcək COP29 İqlim Sammitindən gözləntilər;
* Bölgəmizdə bərpa olunan enerjinin əhəmiyyəti, xüsusilə Türkiyə və Azərbaycan Respublikasının bərpa olunan enerji potensialı;
* Yaşıl enerjiyə keçiddə enerji səmərəliliyinin əhəmiyyəti, Türkiyə və Azərbaycan Respublikasında Milli Enerji Effektivliyi strategiyaları.
Tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar da nəzərdə tutulub.

İştirak : 
Caspian Energy Club üzvləri üçün - 30 USD
Digər şirkətlər - 100 USD

Pass the pool

Latest events