“Food City Aqrokompleks” 11,71 ha ərazini əhatə edən, idxal-ixrac əməliyyatlarının “Bir pəncərə” prinsipi ilə rəsmiləşdirilməsi, logistika, broker, tranzit, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış aqroklasterdir. Logistika mərkəzi ildə 500.000 ton yükaşırma potensialına malikdir. Aqrokompleksin ekosisteminə daxil olan ən vacib komponentlərdən biri də qida təhlükəsizliyi üzrə laboratoriyadır. Laboratoriyada gündəlik 24 növ və 400-ə yaxın sayda təhlil aparmaq mümkündür.

