SƏBİNƏ ƏLİYEVA "Global Human Resource Solutions" (GHRS)
Təsisçi və Direktor

Əliyeva Səbinə Əbdüləhəd qızı 2004-cü ildən etibarən beynəlxalq və yerli şirkətlərdə çalışır. Buraya neft və qaz, dağ-mədən əməliyyatları, eyni zamanda gəmiçilik şirkətləri daxildir. Çalışdığı şirkətlər arasında “AOQC Moody İnternational”, “AMEC Services Ltd”, “AIMROC Ltd” və “Caspian Marine Serivces Ltd” şirkətlərini qeyd etmək olar. 2022-ci ilin avqust ayından “Global Human Resource Solutions Ltd” şirkətinin təsisçisi və direktorudur. 

Eyni zamanda müxtəlif şirkətlərə layihələrin idarə olunması üzrə xidmət göstərir. 

2018-ci ildə Böyük Britaniyanın Sheffield Universitinin “Ümumi idarətmə” üzrə EMBA məzunudur. Hal-hazırda Böyük Britaniyanın "North Kent" kolleci və "Lloyds Maritime Academy"də “Dəniz Biznesinin İdarə edilməsi” üzrə təhsilini davam etdirir. 

2017-ci ildən etibarən “Caspian Energy Club”ın Təhsil, İnsan Resursları komitələrinin sədri və 2024-cü ilin mart ayından etibarən İdarə Heyətinin üzvüdür.