📣 Dəyərli klub üzvləri ,
🔍 Bildiyimiz kimi kluba üzv olan şirkətlərin məqsədlərindən biri də klub daxili şirkətlərin ehtiyaclarının ödənilməsində dəyər yaratmaqdır. Bunu əsas götürərək klub üzvlərinə möhtəşəm (50% endirim) təklifimiz var.
Əlbəttə korporativ hədəflərin əldə olunmasında İnsan Resursları ilə bağlı düzgün idarəetmə alətlərinin olması mütləqdir. Sizə təqdim edəcəyimiz “İnsan Resursları Strateji Yol Xəritəsinin hazırlanması” xidməti nəticəsində sizlər rahatlıqla cari problemləri anlaya və gələcək siyasət və strategiyanızı müəyyənləşdirə biləcəksiniz.
👇🏻“İnsan Resursları Strateji Yol Xəritəsinin hazırlanması” (LİNK) aşağıdakı fəaliyyətləri əhatə edir:
🔸 SWOT analizi : İnsan Resurları funksiyasının (strukturu) göz önündə tutularaq İR komandası və təşkilatın rəhbər heyətinin SWOT baxışı əsasında təhlil edilməsi
🔸 COPS analizi : İnsan Resurları funksiyasının prioritetlərinin təşkilatın ehtiyacları ilə daha effektiv əlaqələndirilməsi üçün İR komandası və təşkilatın rəhbər heyətinin COPS təhlili əsasında analiz aparılması
🔸 İnsan resursları funksiyalarının analizi : İnsan Resurslarının cari proseslərini göz önündə tutaraq 11 funksiya, 198 meyar üzrə İR komandası tərəfindən edilən qiymətləndirmənin təhlili
📌 Xidmətin yekununda İR funksiyasının əsas inkişaf zərurətləri müəyyən edilərək qısa və uzunmüddəti əhatə edən “Fəaliyyət Planı” hazırlanır. Nümunə hesabatı əlavədə təqdim edirik. Əlavədə sizlərə Mergen Group-un bütün xidmətlərini, əsas komada üzvlərini və müştəri portfelini təqdim edirik.
🤝 Əməkdaşlığımızın uğurlu olmasını diləyirik.