10.09.2026
“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı, “Caspian Service” şirkətinin sponsorluğu ilə 2-5 sentyabr 2026-cı il tarixlərində Batumi şəhərinə təşkil olunan “Grand CEO Tour” çərçivəsində Azərbaycan iş adamları və şirkət rəhbərlərindən ibarət nümayəndə heyəti Acarıstan Muxtar Respublikasının maliyyə və iqtisadiyyat naziri Ednar Nataridze ilə görüşüblər.
Sentyabrın 3-də təşkil edilmiş görüşdə tərəflər Acarıstanın mövcud iqtisadi və investisiya imkanlarını, regionun biznes mühitini, Azərbaycan və Gürcüstan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsini, Azərbaycan iş adamları üçün Acarıstan bazarında mövcud investisiya imkanlarını eləcə də yeni tərəfdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Görüş zamanı Acarıstan Muxtar Respublikasında “AZEXIM Week” keçirilməsi təşəbbüsü də irəli sürülüb. Təklifə əsasən, həftə çərçivəsində “Caspian Energy Forum”, “Grand City Forum”, “AZEXIM Forum” və “AzAI Forum” kimi bir sıra beynəlxalq biznes və investisiya tədbirlərinin təşkili nəzərdə tutulur. Təşəbbüsün həyata keçirilməsi ilə bağlı gələcək əməkdaşlıq imkanlarının müzakirə olunması və müvafiq tərəflərlə fikir mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub. Rasim Mahmudov Ednar Nataridzeyə “Caspian Energy” jurnalının yeni buraxılışlarını təqdim edib və Acarıstan Muxtar Respublikasına həsr olunmuş xüsusi buraxılışının nəşr olunmasını təklif edib.
Görüşün sonunda “Caspian Energy Club”ın üzvləri Ednar Nataridzeyə və Acarıstan Muxtar Respublikasının hökumətinə Azərbaycan nümayəndə heyətinin qəbuluna, səmərəli fikir mübadiləsinə və göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Qarşı tərəf də öz növbəsində Azərbaycan biznes nümayəndələrini Acarıstanda qəbul etməkdən məmnunluğunu ifadə edib və gələcək əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Ednar Nataridzeyə “Caspian Energy Club”ın fəxri üzv sertifikatını və Azərbaycan futbolunun inkişafını və idman sahəsində əməkdaşlığın təşviqini simvolizə edən “MyGroup Holding”ə məxsus “Şəfa” futbol klubunun forması təqdim edib.
Görüşün ardından Acarıstan Muxtar Respublikasının hökuməti tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə nahar təşkil olunub. Nahar zamanı iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi davam etdirilib. Tədbirdə Acarıstan Muxtar Respublikasının hökumətinin başçısı Zurab Pataradze və maliyyə və iqtisadiyyat naziri Ednar Nataridze də iştirak ediblər.
Qeyd edək ki, 2-5 sentyabr tarixlərini əhatə edən “Grand CEO Tour” proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti Acarıstan Muxtar Respublikasının hökumətinin başçısı Zurab Pataradze, Batumi şəhərinin meri Qiorqi Tsintsadze, həmçinin DEİK Türkiyə-Gürcüstanİşgüzar Şurasının sədri Osman Çalışkan Mzhavanadze və assosiasiya üzvləri ilə görüşlər keçirib.
Sentyabrın 3-də Zurab Pataradze ilə keçirilən görüş zamanı Acarıstan Muxtar Respublikasına “Caspian Business Award” mükafatı təqdim olunub. Acarıstan “Turizm sektoruna investisiya üçün ən əlverişli region” (Best Region for Investment in the Tourism Sector) nominasiyasında 1-ci yerə layiq görülüb.
Bununla yanaşı, səfərdə iştirak edən şirkətlərin nümayəndələri potensial yerli biznes tərəfdaşları ilə fərdi B2B görüşlərdə iştirak ediblər. Görüşlər zamanı qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub və gələcək tərəfdaşlıqlar üçün ilkin əlaqələr qurulub.
“Grand CEO Tour” çərçivəsində iş adamları Gürcüstanın Goderdzi dağ-xizək kurortunda keçirilən “Investment Forum”da iştirak edib, Batumi Dəniz Limanını, Nobel Qardaşları Texnologiya Muzeyini və bir sıra istehsal müəssislərini ziyarət ediblər.
“Grand CEO Tour”da “Caspian Energy Club”ın üzvü olan "Amexline", "Azərsun Holding", "Azmetco", "Bureau 19", "Caspian Services", "Certspmc Services Limited", "Debet Safety", "Eight Group", "Liv Hospital", "Sabah Investment Group", "Veyseloglu Group of Companies" və diqər şirkətlərin rəhbərləri və nümayəndələri iştirak edib.
“Caspian Energy Holding” haqqında qısa məlumat
İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsasməqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.