“Caspian Energy Club”ın nümayəndə heyəti Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun iclasında iştirak edib

10.02.2025

Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun 2024-cü il üzrə Yol Xəritəsinin hesabatının müzakirəsinə həsr olunmuş iclasda iştirak ediblər.
İclas Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair hesabatın müzakirəsi məqsədilə keçirilib