“Caspian Energy Club”ın nümayəndə heyəti “Vergi və hesabatlılıq” işçi qrupunun iclasında iştirak edib

19.02.2025

“Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun onlayn formatda növbəti iclasında iştirak edib.
İclasda Dünya Bankı Qrupunun  “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlərin nəticələri və cari il ərzində icrası nəzərdə tutulan tədbirlərlə bağlı məsələlər müzakirə olunub.