20.02.2025
“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva “Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planının və “Business Ready” hesabatı üzrə Yol Xəritəsinin layihələri müzakirəsinə həsr olunmuş iclasda iştirak ediblər.
İşçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planının icrası, habelə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2024-cü il üzrə Yol Xəritəsi üzrə görülmüş işlərə dair təqdimatlar edilib.
Görüşdə, həmçinin əmək bazarının inkişaf etdirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi və işçi qüvvəsinin bacarıqlarının artırılması istiqamətlərində atılan addımlar qeyd olunub.