Bakıda beşinci “Caspian Investment Week” çərçivəsində “Caspian Energy Club” və
Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) təşkilatçılığı, “Caspel” şirkətinin baş
tərəfdaşlığı ilə 2-ci Beynəlxalq “Caspian Innovation Forum 2025” təşkil edilib.
Forum müxtəlif sektorları təmsil edən geniş iştirakçı auditoriyasını bir araya gətirən, həm
aktual mövzuları, həm də sektorlararası əməkdaşlığı özündə birləşdirən çoxprofilli proqramı
ilə diqqət çəkib.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müşaviri Rauf
Nəcəfli dövlət və özəl sektoru bir araya gətirən bu forumun yeni ideyaların və layihələrin
reallaşmasına töhfə verəcəyini qeyd edib. O, həmçinin rəqəmsal transformasiya, süni intellekt
və təmiz enerji Azərbaycanın inkişaf modelini yenidən formalaşdırıdığını və iqtisadiyyatda
yüksək nəticələrin əldə olunmasında qeyri-neft sektorunun rolunu xüsusilə vurğulayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin nəzdində Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud
Rüstəmov qurumun fəaliyyəti barədə qısa məlumat verərək kibertəhdidlərin artan dinamikasını
və kibertəhlükəsizliyin dünya iqtisadiyyatına vurduğu ciddi zərərləri qeyd edib. O, Azərbaycan
dövlət informasiya sistemləri beynəlxalq tələblərə uyğun şəkildə qurulduğunu bildirib.
“Caspel” şirkətinin İdarə Heyətinin sədri Ceyhun Quliyev açılış nitqində forumun məqsəd və
missiyasının aktuallığını yüksək qiymətləndirərək qlobal innovativ ekosistem və onun gələcək
inkişaf imkanları barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu sahə sürətlə inkişaf edir
və süni intellekt, bulud həlləri və rəqəmsallaşma biznesin inkişafında əsas rol oynayır.
Tədbir haqqında məlumat verən Telman Əliyev forumun mövzularının regionda innovasiya
mühitinin inkişafına töhfə verdiyini qeyd edib və tədbirin bilik mübadiləsi və əməkdaşlığın
genişləndirilməsi üçün məqsədyönlü işgüzar məkan olduğunu bildirdi.
“Rəqəmsal iqtisadiyyat və süni intellekt erası” mövzusunda keçirilən ilk panel müasir rəqəmsal
transformasiya meyilləri, süni intellekt tətbiqlərinin iqtisadi sektorlara təsiri, böyük verilənlərin
idarə edilməsi və rəqəmsal təhsil imkanlarının genişləndirilməsi kimi məsələlərə həsr olunub.
Panel “Caspel” şirkətinin İdarə Heyətinin Sədri Ceyhun Quliyevin moderatorluğu ilə aparılıb.
Paneldə spiker qismində "R.I.S.K. Elmi İstehsalat şirkəti"nin təsisçisi və baş direktoru Cabir
Cümşüdov, "ULTRA Technologies" sirkətinin baş direktoru Məhəmməd Zülfüqarlı,
“AzInTelecom” MMC-nin baş kommersiya direktoru Fərrux Fərəcullayev, “Best comp”
sirkətinin Rəqəmsal Transformasiya üzrə bas müdiri Orxan Bədəlovun iştirak ediblər.
“Kibertəhlükəsizlik, dayanıqlı inkişaf və innovativ sənaye texnologiyaları” adlı növbəti panel
“Caspel” şirkətinin baş direktoru Natiq Paşayevin moderatorluğu ilə davam edib. Panel
çərçivəsində təhlükəsizlik yanaşmaları, kritik məlumat infrastrukturunun qorunması və
sənayedə rəqəmsal dayanıqlığın artırılması üzrə aktual mövzular nəzərdən keçirilib.
Azərbaycan Respublikası Daxili İslər Nazirliyinin İnformasiya və Kibertəhlükəsizlik söbəsininrəisi Hikmət Məmmədov, İnnovasiya və Rəqəmsal İnkisaf Agentliyinin Strateji Tərəfdaşlıq
şöbəsinin müdiri Orxan İsmayılov, Azərbaycan Kibertəhlükəsizlik Təskilatları
Assosiasiyasının icracı direktoru Rauf Cabarov və STDC (Sumqayıt Texnologiyalar Data
Mərkəzi) direktoru Elvin Aslanov spiker qismində iştirak etdiyi paneldə milli
kibertəhlükəsizlik strategiyalarının yenilənməsi, təhlükəsizlik ekosisteminin qlobal
tendensiyalara uyğunlaşdırılması və sənaye sahəsində yeni texnologiyaların tətbiqi barədə fikir
mübadiləsi aparılıb.
Müzakirələrin sonunda hər iki panelin spikerlərinə 2-ci Beynəlxalq “Caspian Innovation
Forum 2025”in uğurlu təşkilinə verdikləri dəstəyə görə təşəkkürnamə sertifikatları təqdim
edilib.
Forumun rəsmi hissəsi başa çatdıqdan sonra iştirakçılar arasında ünsiyyətin genişləndirilməsi
üçün ənənənvi networking sessiyası təşkil edildi. Sessiyada iştirakçılar yeni işgüzar əlaqələr
qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və birgə layihələr üçün istiqamətlər
müəyyənləşdirmək imkanı əldə ediblər.
“Biz inanırıq ki, “Caspian Innovation Forum 2025” regionda innovasiya gündəminin
formalaşmasına, biznes mühitində rəqabət qabiliyyətinin yüksəldilməsinə və yeni
texnologiyaların tətbiqinə mühüm stimul verəcək. Biz həmçinin forumun növbəti illərdə daha
geniş miqyasda keçirilməsini və beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsini
planlaşdırdıq”, - deyə Telman Əliyev bildirib.
“Caspian Energy Holding” haqqında qısa məlumat
“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən
bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz"
ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında
“Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli
Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq
imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”,
“Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy
International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research
Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-
hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər
xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq
proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən
yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking
platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas
məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər
ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq
layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar
əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın
7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli
Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan
sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq
bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol
oynayan vahid işgüzar platformadır.
2004-cü ildən fəaliyyət göstərən “Caspian Energy EXIFOR Group” dünyanın 20-dən çox
ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum”, Milli Biznesin İnkişafı
Forumu, Milli Maliyyə Əlçatanlığı Forumu, “Caspian Innovation Forum” və iqtisadiyyatın
fərqli istiqamətlərini əhatə edən beynəlxalq və milli forumlar, meetup-lar və dəyirmi masalar
təşkil edir.