“Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edildi

09.09.2026


“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı, “Caspian Service” şirkətinin sponsorluğu ilə 2-5 sentyabr 2026-cı il tarixlərində Batumi şəhərinə “Grand CEO Tour” təşkil olunub.

“Grand CEO Tour” çərçivəsində işgüzar görüşlərlə yanaşı, Azərbaycan-Gürcüstan əlaqələrinin müxtəlif istiqamətlərini əhatə edən bir sıra təşəbbüslər də həyata keçirilib.

Səfər zamanı Azərbaycan futbolunun inkişafını və idman sahəsində əməkdaşlığın təşviqini simvolizə edən xüsusi təqdimat da keçirilib. “MyGroup” şirkətinə məxsus “Şəfa” futbol klubunun forması Acarıstan Muxtar Respublikasının hökumətinin başçısı Zurab Pataradze, Acarıstan Muxtar Respublikasının maliyyə və iqtisadiyyat naziri Ednar Nataridze və Batumi şəhərinin meri Qiorqi Tsintsadzeyə təqdim olunub.

“Formanın təqdim edilməsi Azərbaycan və Gürcüstan arasında yalnız biznes və investisiya sahələrində deyil, eyni zamanda dostluq, idman və sosial əlaqələr istiqamətində də əməkdaşlığın inkişafına verilən önəmin göstəricisi kimi qiymətləndirirəm”, - “Şəfa” futbol klubunun prezidenti Kənan Sadıqlı bildirib.

Qeyd edək ki, 2-5 sentyabr tarixlərini əhatə edən “Grand CEO Tour” proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti Acarıstan Muxtar Respublikasının hökumətinin başçısı Zurab Pataradze, Acarıstanın maliyyə və iqtisadiyyat naziri Ednar Nataridze, Batumi şəhərinin meri Qiorqi Tsintsadze, həmçinin DEİK Türkiyə-Gürcüstan İşgüzar Şurasının sədri Osman Çalışkan Mzhavanadze və assosiasiya üzvləri ilə görüşlər keçirib.

Sentyabrın 3-də Zurab Pataradze ilə keçirilən görüş zamanı Acarıstan Muxtar Respublikasına “Caspian Business Award” mükafatı təqdim olunub. Acarıstan “Turizm sektoruna investisiya üçün ən əlverişli region” (Best Region for Investment in the Tourism Sector) nominasiyasında 1-ci yerə layiq görülüb.

Bununla yanaşı, səfərdə iştirak edən şirkətlərin nümayəndələri potensial yerli biznes tərəfdaşları ilə fərdi B2B görüşlərdə iştirak ediblər. Görüşlər zamanı qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub və gələcək tərəfdaşlıqlar üçün ilkin əlaqələr qurulub.
“Grand CEO Tour” çərçivəsində iş adamları Gürcüstanın Goderdzi dağ-xizək kurortunda keçirilən “Investment Forum”da iştirak edib, Batumi Dəniz Limanını, Nobel Qardaşları Texnologiya Muzeyini və bir sıra istehsal müəssislərini ziyarət ediblər.

Səfər çərçivəsində Acarıstanda “AZEXIM Week” keçirilməsi ilə bağlı planlar da müzakirə olunub. Bildirilib ki, həftə çərçivəsində “Caspian Energy Forum”, “Grand City Forum”,“AZEXIM Forum” və “AzAI Forum” kimi beynəlxalq biznes, investisiya, şəhər inkişafı və innovasiya platformalarının keçirilməsi nəzərdə tutulur.

“Grand CEO Tour”da “Caspian Energy Club”ın üzvü olan "Amexline", "Azərsun Holding", "Azmetco", "Bureau 19", "Caspian Services", "Certspmc Services Limited", "Debet Safety", "Eight Group", "Liv Hospital", "Sabah Investment Group", "Veyseloglu Group of Companies" və diqər şirkətlərin rəhbərləri və nümayəndələri iştirak edib.


“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.