11.02.2025
“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Daxili İşlər Nazirliyinin rəhbərlik etdiyi “Risklərin təhlili” işçi qrupunun onlayn formatda növbəti iclasında iştirak edib.
İclasın yekununda İşçi qrupunun üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2024-cü il Fəaliyyət Planının yekunları ilə bağlı görülmüş işlər barədə hesabat və “Risklərin təhlili” işçi qrupunun Kibertəhlükəsizlik üzrə Alt-qrupunun tərkibinə dair təkliflərin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasına təqdim olunması məqsədilə təqdim edilməsi qərara alınıb.