“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası

09.12.2025

"Caspian Energy Club"ın nümayəndə heyəti Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclasında iştirak edib

"Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev  Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclasında iştirak edib. 

İclasda işçi qrupunun 2025-ci il üzrə "Yol xəritəsi”nə daxil edilən tapşırıqlarının icra vəziyyəti barədə müzakirələr aparılıb, ticarət sahəsində hüquqi tənzimləmələr, müvafiq infrastruktur sahələrinin yaradılması imkanlarına dair təqdimatlar dinlənilib.