Abdolbari Gozala 11-ci Beynəlxalq “Caspian Business Award 2024” mükafatı təqdim olunub

28.12.2024

18 dekabr tarixində “Gülüstan” sarayında ilin ən böyük “networking” tədbiri olan, “Yaşıl dünya naminə həmrəylik ili” və “Caspian Energy” brendinin 25 illik yubileyinə həsr olunmuş 11-ci Beynəlxalq "Caspian Business Award 2024" mükafatının təltifetmə mərasimi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təşkil olunub.

11-ci Beynəlxalq “Caspian Business Award 2024” mükafatına “Sahibkarlığın inkişafına verdiyi xüsusi töhfəyə görə” nominasiyasında “Azersun Holding”in Müşahidə Şurasının sədri Abdolbari Gozal layiq görülüb.