Azerbaijan Maritime Engineering and Construction (AMEC) LLC

Azerbaijan Maritime Engineering and Construction (AMEC) LLC
Şirkət haqqında: "Azerbaijan Maritime Engineering and Construction" MMC (AMEC) beynəlxalq standartlara cavab verən, bütün növ gəmi yoxlamaları, gəmi və dəniz mühəndisliyi, dəniz layihələrinin idarə edilməsi, layihələrin icrası üçün lazım olan gəmilərin icarəsinin təmin edilməsini, həmçinin dənizçilik, gəmiçilik, neft-qaz və bərpa olunan enerji sektorlarında idarəetmə xidmətləri göstərən beynəlxalq standart şirkətdir. Bu ildən başlayaraq tikinti sektoruna diqqət yetirərək qeyd olunan fəaliyyət istiqamətləri ilə yanaşı, sualtı qazıntı işlərin aparılması, neft və qaz kəmərlərinin çəkilməsi, sərnişin və yük terminallarının layihələndirilməsi və tikintisi, gəmilər üçün körpü və dayanacaqların tikintisi kimi fəaliyyət sahələrini də əhatə etdik.
Eyni zamanda, AMEC şirkəti ətraf mühitin çirklənmədən qorunması prinsipini rəhbər tutaraq dəniz və havanın çirklənmə səviyyəsini azaltmaq məqsədilə klassik enerji mənbələrinin alternativ enerji mənbələri ilə əvəz edilməsini nəzərdə tutan innovativ layihələr üzərində işləyir. 
 
 
Ünvan: Azərbaycan, Bakı ş., Səbail rayonu, Axad Yaqubov küçəsi  52C
Tel: (+994 12) 526-41-97, (+994 77) 343-57-75
Email: office@amec.az
URL www.amec.az