One Smart Star (OSS)

One Smart Star (OSS)
One Smart Star (OSS) dünyada sürətlə yayılan, korporativ müştərilərə özlərini rəqiblərindən fərqləndirməyə kömək edən, şirkətin bütün əlaqə məlumatlarını tək, sadə, asan, yadda qalan ulduzlu nömrədə cəm edən bir texnologiyadır. One Smart Star nömrə şirkətin markasını daha da gücləndirərək, ulduz [✱] və dörd rəqəmdən ibarət qısa rabitə çıxışı imkanlarını artırır. İnnovativ bir marketinq həlli olaraq OSS nömrəsi istənilən telekommunikasiya sistemində əlavə xidmət qismində işləyir, heç bir investisiya və əlavə avadanlıq tələb etmir. Bu nömrənin yadda saxlanılması asan, istifadəsi isə çox sadədir.