Professional IT

Professional IT
"Professional IT” şirkəti - müasir biznes üçün yeni informasiya texnologiyaları və proqram təminatının işlənməsi sahəsində effektiv həll yollarının təchizatçısıdır.
Şirkətimiz 2010-cu ildə təsis edilmişdir. Şirkətin fəaliyyət göstərdiyi dövr ərzində biz, 100-dən çox layihə həyata keçirərək istifadəyə vermişik. Çoxlu sayda müştəri ilə əməkdaşlıq quraraq, işimizin bütün mərhələlərində əsaslandığımız peşəkar prinsiplər və standartlar kompleksini hazırlamışıq.
Bu səbəbdən, biz əminliklə deyə bilərik ki, hal-hazırda şirkətimiz, iri həcmli veb tətbiqetmələrin və proqram təminatı xidmətlərinin həyata keçirilməsindən başlayaraq, təşkilatların iş proseslərinin avtomatlaşdırılmasına qədər istənilən mürəkkəblikdə olan layihəni hazırlayıb təqdim etmək potensialına malikdir.
İşimizdə ən son veb üsullar, texnologiyalar və texnikalardan istifadə edirik. İnternet texnologiyaları sahəsində yenilikləri daim izləyirik və ən müasir metodları layihələrimizdə tətbiq edirik.
Xİdmətlərİmİz:
  • B2C, B2B veb-həllərİ
  • CMS, CRM, ERP sİstemlərİ və veb-utİlİtlərİn yaradılması
  • Mobİl appların və oyunların hazırlanması
  • Tətbİqİ proqramlaşdırma
  • Banner və təqdİmatların hazırlanması
  • Data – analitika