Smartbee

Smartbee
"Smartbee" marketinq texnologiyası sahəsində fəaliyyət göstərən bir şirkətdir. Şirkət Azərbaycanda ən böyük reklamverənlərlə, media holdinqlərlə, müxtəlif vebsaytlarla və İT peşəkarlarla əməkdaşlıq edir.
Hazırda 16 nəfərlik komandası olan "Smartbee" internetdə vahid pəncərədən reklam yerləşdirmək üçün həm reklamverənlərə, həm də yayınçılara yaxşı imkanlar yaradır. Sistemə 300-ə yaxın veb-sayt, 150-dən çox reklamverən qoşulub.  Reklamverənlər hər sayt ilə ayrı-ayrılıqda danışıq aparmaqdan, qiymət razılığına gəlməkdənsə, bir pəncərə kimi "Smartbee"də reklam verir. Sistem avtomatik olaraq ona daxil olan saytların arasında reklamları bölüşdürür. 
    Hər saniyə minlərlə sorğunu emal edən sistem real-time rejimində reklam kampaniyasının gedişatı haqqında məlumat verir. 
 Şirkət Azərbaycanda trafikinə görə ən böyük yerli platformaya sahibdir.
 "Google Ads" sistemi Azərbaycan dilini rəsmi olaraq dəstəkləmədiyi üçün yerli sayt sahibləri, vebmasterlər öz saytlarını monetizasiya edə bilmir, saytlarına gələn trafiki pula çevirə bilmirdilər. "Smartbee" isə yaratdığı yeni sistemlə bu problemi həll etmiş oldu. Belə ki, çoxsaylı AzNet saytları "Smartbee" vasitəsilə rahat şəkildə trafikini pula çevirə bildi. Həmçinin reklamverənlər rahat şəkildə bir nöqtədən reklam verməyə başladı.