Caspian Energy jurnalının COP29, yaşıl enerji, 29-cu Caspian Oil and Gas sərgisi və digər mövzuları əhatə edəcək növbəti buraxılışında İrlandiyanın Ətraf Mühit, İqlim, Rabitə və Nəqliyyat naziri İmon Rayanın eksklüziv müsahibəsi dərc olunacaq. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.
Təqdim olunacaq yeni buraxılışda Aİ-yə üzv ölkələrin yüksək rütbəli rəsmilərinin, beynəlxalq təşkilatların rəhbərlərinin, habelə OPEC-in Baş katibi Haysam Əl-Qaysın, Avstriyanın Ətraf Mühit, Enerji, Mobillik, İnnovasiya və Texnologiyalar üzrə Federal Naziri Leonora Qevesslerin, Latviyanın İqlim və Enerji Naziri Kaspars Melnisin və digər dövlət qurumları nümayəndələrinin da müsahibələri gözlənilir.