Caspian Energy Award

Caspian Energy Award

“Caspian Energy Award” neft-qaz və enerji sektorunda xüsusi nailiyyətlər əldə etmiş şirkətlərin, təşkilatların və peşəkarların fəaliyyətini qiymətləndirən nüfuzlu mükafatdır.  

“Caspian Energy Award” “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) dəstəyi ilə təşkil edilir.  

Mükafat enerji sənayesinin və  “yaşıl” enerjinin inkişafına töhfə verən uğurlu layihələri, innovativ həlləri və sektorun aparıcı nümayəndələrini təşviq etmək məqsədilə təqdim olunur. 

Qaliblər enerji sektorunda fəaliyyət göstərən şirkətlər arasında keçirilən müstəqil sorğunun nəticələrinə əsasən müəyyən edilir. Qiymətləndirmə zamanı şirkətlərin “yaşıl” və innovativ texnologiyaların tətbiqi, ESG prinsiplərinə və ekoloji standartlara uyğunluğu, biznes əməkdaşlığı səviyyəsi, etibarlılığı, korporativ idarəetmə prinsiplərinə sadiqliyi, bazardakı nüfuzu, tərəfdaşlar qarşısında öhdəliklərin yerinə yetirilməsi, korporativ sosial məsuliyyət layihələrində iştirak və iqtisadi fəaliyyət göstəriciləri nəzərə alınır.  

Sorğu iştirakçılarının qiymətləndirmələri əsasında formalaşdırılan yekun reytinq enerji sektorunun ən nüfuzlu və etibarlı şirkətlərinin müəyyən edilməsinə imkan yaradır. 

Contact us