Fariz Sultan Əhmədi “Caspian Energy”ni 25 illik yubileyi münasibətilə təbrik edib

My Group Holdinq, Mymi MMC-nin direktoru Fariz Sultan Əhmədi  “Caspian Energy Club”ın təşkil etdiyi B2G görüşdə “Caspian Energy Media”ya müsahibə verib.

“Fürsətdən istifdə edərək “Caspian Energy” brendinin 25 illik yubileyini təbrik edirəm. Biz ilk Holdinqə daxil olan “My Shop” şirkəti olaraq kluba üzv olmuşuq, lakin hazırda My Group Holding olaraq “Caspian Energy Club”ın üzvüyük. Üzvlüyün bizim fəaliyyət sahəmizə bir çox müsbət tərəfləri olmuşdur. Belə ki, biz artıq dövlər orqanları, xüsusilə Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə daha çox görüşməyə başlamışıq və problemlərimizi dövlət nümayəndələrinə daha tez çatdırırıq bu isə işlərimizin operativ olmasına kömək edir. Buna görə də “Caspian Energy Club”ın rəhbərliyinə bir daha minnətdarlığımı bildirirəm. Biz birlikdə güclüyük!”, - deyə Fariz Sultan Əhmədi bildirib.

 

Qeyd etmək lazımdır ki, tərkibində 17 şirkət olan MyGroup holdinq 2010-cu ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur.  Şirkətin baş ofisi Dubayda, ikinci ofisi isə Azərbaycanda yerləşir. Bundan əlavə, holdinqin Kanada, Rusiya, Türkiyə və Gürcüstanda ofisləri var.

Daha ətraflı