Tahir Məmmədov

Aqrosənaye və aqrobiznes üzrə komitəsinin sədri

Atena MMC – Direktor

Tahir Məmmədov 13 fevral 1979-cu ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bakalavr dərəcəsi ilə bitirmişdir. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə" ixtisası üzrə MBA dərəcəsi almışdır. Tahir Məmmədov maliyyə, idarəetmə və biznesin inkişafı sahələrində zəngin təcrübəyə malik peşəkar rəhbərdir.

 O, uzun illər ərzində maliyyə direktoru, biznesin inkişafı direktoru, icraçı direktor müavini vəzifələrində çalışmış, 10 ildən artıq müddətdə isə baş icraçı direktor (CEO) kimi fəaliyyət göstərmişdir. İstehsalat, aqrar sənaye, maliyyə, korporativ idarəetmə və strateji planlaşdırma sahələrində uğurlu idarəçilik fəaliyyəti ilə seçilmişdir. 

2007–2016-cı illərdə “Milk-Pro” MMC-də baş direktor, 2016–2017-ci illərdə “Şəmkir Aqropark”ın direktoru, 2017–2018-ci illərdə “Synergy Group” və “Baku Aqropark”da icraçı direktor müavini vəzifələrində çalışmışdır. 2018–2023-cü illərdə “SAB / Zəhmət Ruzi” şirkətində baş icraçı direktor vəzifəsini icra etmişdir. 2025-ci ilin aprel ayından etibarən “Atena Group” QSC-nin baş icraçı direktoru (CEO) vəzifəsində çalışır. Eyni zamanda 2024-cü ildən “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsdə icraçı direktorun müşaviri vəzifəsində fəaliyyət göstərir.