Özbəkistan

Caspian Energy Club Uzbekistan

“Caspian Energy Club Uzbekistan” 2022-ci ildə təsis edilib.

Hal-hazirda “Caspian Energy Club Uzbekistan”ın İdarə Heyətinin sədrinin vəzifəsini Orta Dəhliz ölkələri və Asiya regionu üzrə səlahiyyətli şəxs, “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva icra edir.

Yarandığı gündən etibarən, “Caspian Energy Club Uzbekistan”a həm Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyi və yerli hakimiyyət, həm də Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən daim dəstək göstərilib. Bir çox beynəlxalq tədbirlərdə “Caspian Energy Club Uzbekistan” nümayəndəliyi üzvlərinin maraqlarını təmsil etmiş, davamlı görüşlər, bir sıra beynəlxalq forumlar təşkil etmişdir ki, bu da B2B, B2G və B2C formatında fəaliyyəti üfüqləri genişləndirməyə kömək edir.

Missiyamız və məqsədimiz:

“Caspian Energy Club Uzbekistan”ın yaradılmasında əsas məqsəd ilk növbədə bu ölkədə özəl və dövlət sektorunun nümayəndələrini Azərbaycanın və fəaliyyət göstərdiyimiz digər ölkələrin investisiya potensialı, münbit iqtisadi şərait, dayanıqlı inkişaf, aparılan islahatlar, iri layihələrin icrası ilə bağlı yeniliklər haqqında mütəmadi məlumatlandırma və bu proseslərə maraq oyadaraq cəlb etməkdir.

Missiyamız fəaliyyət göstərdiyimiz ölkələrin sahibkarları arasında davamlı dialoqun qorunması, habelə bu ölkələrin B2G, B2B və B2C dialoqunun inkişafına töhfə verməyimizdir.


Əlaqə:

Telefon: +99477 429 00 30

E-poçt: international@caspianenergy.club