Caspian Energy Club Georgia
“Caspian Energy Club Georgia” 2022-ci ilin yanvar ayında təsis edilib.
Hal-hazirda “Caspian Energy Club Georgia”nın İdarə Heyətinin sədrinin vəzifəsini Orta Dəhliz ölkələri və Asiya regionu üzrə səlahiyyətli şəxs, “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva icra edir.
Yarandığı gündən etibarən, “Caspian Energy Club Georgia”ya həm yerli hakimiyyət, həm də Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı səfirliyi tərəfindən daim dəstək göstərilib. Bir çox beynəlxalq tədbirlərdə “Caspian Energy Club Georgia” nümayəndəliyi üzvlərinin maraqlarını təmsil etmiş, davamlı görüşlər, bir sıra beynəlxalq forumlar və görüşlər təşkil etmişdir ki, bu da B2B, B2G və B2C formatında fəaliyyəti üfüqləri genişləndirməyə kömək edir.
Missiyamız və məqsədimiz:
“Caspian Energy Club Georgia”nın yaradılmasının əsas məqsədi ilk növbədə, bu ölkədə özəl və dövlət sektorunun nümayəndələrini Azərbaycanın və fəaliyyət göstərdiyimiz digər ölkələrin investisiya potensialı, münbit iqtisadi şərait, dayanıqlı inkişaf, aparılan islahatlar, iri layihələrin icrası ilə bağlı yeniliklər haqqında mütəmadi məlumatlandırma və bu proseslərə maraq oyadaraq cəlb etməkdir.
Missiyamız fəaliyyət göstərdiyimiz ölkələrin sahibkarları arasında davamlı dialoqun qorunması, habelə bu ölkələrin B2G, B2B və B2C dialoqunun inkişafına töhfə verməyimizdir.
Əlaqə:
Telefon: +99477 429 00 30
E-poçt:international@caspianenergy.club