Qırğızıstan

Caspian Energy Club Kyrgyzstan

“Caspian Energy Club Kyrgyzstan” 2024-cü ildə təsis edilib.

Hal-hazirda “Caspian Energy Club Kyrgyzstan”ın İdarə Heyətinin sədrinin vəzifəsini Orta Dəhliz ölkələri və Asiya regionu üzrə səlahiyyətli şəxs, “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva icra edir.

Yarandığı gündən etibarən, “Caspian Energy Club Kyrgyzstan”a həm Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı səfirliyi və yerli hakimiyyət, həm də Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı  səfirliyi tərəfindən daim dəstək göstərilib. Nümayəndəlik həmçinin Azərbaycanı bir çox beynəlxalq tədbirlərdə təmsil etmiş, ikitərəfli görüşlərdə iştirak etmiş, bir sıra forumlar və B2B, B2G və M2M görüşlər təşkil etmişdir ki, bu da biznes və hökumət, habelə iki ölkənin özəl sektorları arasında qarşılıqlı fəaliyyət sahəsində üfüqləri genişləndirməyə kömək edir.

Missiyamız və məqsədimiz:

“Caspian Energy Club Kyrgyzstan”ın yaradılmasında əsas məqsəd ilk növbədə bu ölkədə özəl və dövlət sektorunun nümayəndələrini Azərbaycanın və fəaliyyət göstərdiyimiz digər ölkələrin investisiya potensialı, münbit iqtisadi şərait, dayanıqlı inkişaf, aparılan islahatlar, iri layihələrin icrası ilə bağlı yeniliklər haqqında mütəmadi məlumatlandırma və bu proseslərə maraq oyadaraq cəlb etməkdir.

Missiyamız fəaliyyət göstərdiyimiz ölkələrin sahibkarları arasında davamlı dialoqun qorunması, habelə bu ölkələrin B2G, B2B və B2C dialoqunun inkişafına töhfə verməkdir.


Əlaqə:

Telefon: +99477 429 00 30

E-poçt:international@caspianenergy.club