Estoniya

Caspian Energy Club Estonia

“Caspian Energy Club Estonia” nümayəndəliyi “LEF Network Azerbaijan” proqramının təkanı nəticəsində 2023-cü ildə təsis edilmişdir.

Hal-hazirda “Caspian Energy Club Estonia”nın İdarə Heyətinin sədrinin vəzifəsini Avropa ölkələri üzrə səlahiyyətli şəxs, “Avropa ilə İqtisadi əməkdaşlıq” İctimai Birliyinin sədri, “Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov  icra edir.

Üçillik “LEF Network Azerbaijan” layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

“Caspian Energy Club International” “European Union Central Baltic” proqramı çərçivəsində yaradılmış “LEF Network Azerbaijan” layihəsinin rəsmi və aparıcı tərəfdaşlarından biridir.

2023-cü ildən başlayan layihə növbəti 3 il ərzində yaşıl texnologiya, informasiya texnologiyaları və təhsil sektorlarında fəaliyyət göstərən şirkətlərə dəstək verəcək. Bu layihə çərçivəsində 36 ay ərzində Finlandiya, Estoniya, Latviya və Azərbaycan şirkətləri arasında İKT, yaşıl texnologiyalar və təhsil sahəsində müqavilələrin imzalanması planlaşdırılır.

Layihənin Estoniyadakı aparıcı tərəfdaşı Estoniya Ticarət və Sənaye Palatasıdır.

Yarandığı gündən etibarən, “Caspian Energy Club Estonia”da  həm Azərbaycan Respublikasının Estoniya Respublikasındakı səfirliyi, həm də Azərbaycanda akkreditə olunmuş Estoniya Respublikasının Türkiyə Respublikasındakı səfirliyi tərəfindən daim dəstək göstərilib. Bir çox beynəlxalq tədbirlərdə “Caspian Energy Club Finland” öz üzvlərinin maraqlarını təmsil etmiş, davamlı görüşlərdə iştirak etmiş, bir sıra beynəlxalq forumlar və görüşlər təşkil etmişdir ki, bu da B2B, B2G və B2C formatında fəaliyyəti üfüqləri genişləndirməyə kömək edir.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi “LEF Network Azerbaijan” layihəsini və bu istiqamətdə həyata keçirilən bütün səyləri və təşəbbüsləri dəstəkləyir.

Missiyamız və məqsədimiz:

“Caspian Energy Club Estonia”nın yaradılmasının əsas məqsədi ilk növbədə bu ölkədə özəl və dövlət sektorunun nümayəndələrini Azərbaycanın və fəaliyyət göstərdiyimiz digər ölkələrin investisiya potensialı, münbit iqtisadi şərait, dayanıqlı inkişaf, aparılan islahatlar, iri layihələrin icrası ilə bağlı yeniliklər haqqında mütəmadi məlumatlandırma və bu proseslərə maraq oyadaraq cəlb etməkdir.

Missiyamız fəaliyyət göstərdiyimiz ölkələrin sahibkarları arasında davamlı dialoqun qorunması, habelə bu ölkələrin B2G, B2B və B2C dialoqunun inkişafına töhfə verməyimizdir.


Əlaqə:

Telefon: +99477 429 00 30

E-poçt:lef@caspianenergy.club