Çexiya

Zaur Qədirov

Caspian Energy Club Czechia

“Caspian Energy Club Czechia” 2023-cü ilin yanvar ayında təsis edilib.

“Caspian Energy Club Czechia”nin İdarə Heyətinin sədri Zaur Qədirovdur.

Zaur Qədirov 1992-ci il oktyabrın 13-də Bakı şəhərində anadan olub. 1999-cu ildə 175 saylı Həzi Aslanov adına orta məktəbdə təhsil almağa başlayıb.

2011-2014-cü illərdə Praqada Maliyyə və Menecment Universitetində Biznesin İdarə Edilməsi və Korporativ Maliyyə fakültəsində təhsil alıb. Bu universiteti bitirdikdən sonra o, Praqadakı York Universitetinə daxil olub və orada “Art management” üzrə magistr dərəcəsi alır.

2011-2012-ci illərdə “Financial Chain Corporation”da HR administratoru vəzifəsində çalışıb.

2012-2014-cü illərdə Praqada “Financial Chain Corporation” sahə meneceri vəzifəsində çalışıb.

2014-cü ildən Praqada “Financial Chain Corporation” idarəedən partnyor kimi çalışır.

Yarandığı gündən etibarən, nümayəndəlik Azərbaycanı bir çox beynəlxalq tədbirlərdə təmsil etmiş, ikitərəfli görüşlərdə iştirak etmiş, bir sıra forumlar və B2B, B2G və M2M görüşlər təşkil etmişdir ki, bu da biznes və hökumət, habelə iki ölkənin özəl sektorları arasında qarşılıqlı fəaliyyət sahəsində üfüqləri genişləndirməyə kömək edir.

Missiyamız və məqsədimiz:

“Caspian Energy Club Czechia”nın yaradılmasında əsas məqsəd ilk növbədə bu ölkədə özəl və dövlət sektorunun nümayəndələrini Azərbaycanın və fəaliyyət göstərdiyimiz digər ölkələrin investisiya potensialı, münbit iqtisadi şərait, dayanıqlı inkişaf, aparılan islahatlar, iri layihələrin icrası ilə bağlı yeniliklər haqqında mütəmadi məlumatlandırma və bu proseslərə maraq oyadaraq cəlb etməkdir.

Missiyamız fəaliyyət göstərdiyimiz ölkələrin sahibkarları arasında davamlı dialoqun qorunması, habelə bu ölkələrin B2G, B2B və B2C dialoqunun inkişafına töhfə verməkdir

Əlaqə:

Telefon: +420 771 150 007

E-poçt:czechia@caspianenergy.club