Birləşmiş Ərəb Əmirlikləri

Emil İsgəndərov

Caspian Energy Club UAE  

“Caspian Energy Club UAE” 2023-cü ilin yanvar ayında təsis edilib.

2023-cü ildə “Caspian Energy Club UAE”nin İdarə Heyətinin sədri vəzifəsinə Emil İsgəndərov təyin edilmişdir.

Emil İsgəndərov 28 avqust 1983-cu il tarixində Azərbaycanda anadan olub. 2000-ci ildə 189 nömrəli məktəbi bitirdikdən sonra bakalavr təhsili alıb. 2015-ci ildə Dubayda yerləşən Amerikan Universitetində Biznesin idarə edilməsi uzrə təhsil alıb.

Emil İsgəndərov artıq 20 ildən çoxdur ki, Azərbaycanın Dubaydakı Baş Konsulluğu tərəfindən təşkil edilmiş bütün tədbirlərdə aktiv şəkildə iştrak edərək öz töhfəsini verir. Emil İsgəndərov bugün də ölkəmizin maraqlarını BƏƏ-də ciddi surətdə təbliğ etməkdədir.

Yarandığı gündən etibarən, nümayəndəlik Azərbaycanı bir çox beynəlxalq tədbirlərdə təmsil etmiş, ikitərəfli görüşlərdə iştirak etmiş, bir sıra forumlar və B2B, B2G və M2M görüşlər təşkil etmişdir ki, bu da biznes və hökumət, habelə iki ölkənin özəl sektorları arasında qarşılıqlı fəaliyyət sahəsində üfüqləri genişləndirməyə kömək edir.

Missiyamız və məqsədimiz:

“Caspian Energy Club UAE”nin yaradılmasında əsas məqsəd ilk növbədə bu ölkədə özəl və dövlət sektorunun nümayəndələrini Azərbaycanın və fəaliyyət göstərdiyimiz digər ölkələrin investisiya potensialı, münbit iqtisadi şərait, dayanıqlı inkişaf, aparılan islahatlar, iri layihələrin icrası ilə bağlı yeniliklər haqqında mütəmadi məlumatlandırma və bu proseslərə maraq oyadaraq cəlb etməkdir.

Missiyamız fəaliyyət göstərdiyimiz ölkələrin sahibkarları arasında davamlı dialoqun qorunması, habelə bu ölkələrin B2G, B2B və B2C dialoqunun inkişafına töhfə verməkdir.


Əlaqə:

Telefon: +99477 429 00 30

E-poçt:international@caspianenergy.club