Caspian Business Award

Caspian Business Award

“Caspian Business Award” qeyri-neft sektorunda fəaliyyət göstərən holdinqlərin, şirkətlərin, təşkilatların və rəhbərlərin uğurlarını qiymətləndirən beynəlxalq biznes mükafatıdır.  

“Caspian Business Award” “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) dəstəyi ilə təşkil edilir.  

Mükafat biznes mühitinin inkişafına töhfə verən, yüksək korporativ standartlara əməl edən və öz sahəsində uğurlu nəticələr əldə edən şirkətlərin və rəhbərlərin fəaliyyətinin təşviq edilməsinə xidmət edir.  

Qaliblər biznes ictimaiyyətinin nümayəndələri arasında keçirilən müstəqil sorğunun nəticələrinə əsasən müəyyən edilir. Qiymətləndirmə zamanı şirkətlərin əməkdaşlıq səviyyəsi, etibarlılığı, şəffaflığı, korporativ idarəetmə prinsiplərinə sadiqliyi, biznes etikası, tərəfdaşlar və müştərilər qarşısında öhdəliklərinin icrası, eləcə də bazardakı nüfuzu nəzərə alınır.  

 Sorğunun nəticələri əsasında formalaşdırılan reytinq qeyri-neft sektorunda fəaliyyət göstərən ən etibarlı və dayanıqlı şirkətlərin müəyyən edilməsinə imkan yaradır, qaliblər isə müxtəlif nominasiyalar üzrə təltif olunurlar. 

 

Bizə müraciət