Grand City Forum
"Grand City Forum" şəhərsalma, urbanizasiya, daşınmaz əmlak, "ağıllı" şəhər (Smart City) və "ağıllı" kənd (Smart Village) həlləri, "yaşıl" şəhər (Green City) konsepsiyaları, rəqəmsal transformasiya, dayanıqlı inkişaf və müasir şəhər idarəetməsi sahələrində fəaliyyət göstərən dövlət qurumlarını, beynəlxalq təşkilatları, investorları, ekspertləri və özəl sektor nümayəndələrini bir araya gətirən platformadır.
"Grand City Forum" Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının çərçivəsində fəaliyyət göstərən işçi qruplarının dəstəyi ilə fəaliyyət göstərir.
Forum çərçivəsində şəhər infrastrukturunun idarə olunması üçün "Əşyaların İnterneti" (IoT) həlləri, "ağıllı" nəqliyyat sistemləri, səhiyyə müəssisələrinin rəqəmsallaşdırılması, su təchizatı və kanalizasiya şəbəkələrinin idarə olunması, tullantıların emalı sistemləri, "ağıllı" idarəetmə sistemləri, insanların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş layihələr və digər ictimai xidmətlərin innovativ texnologiyalar vasitəsilə inkişaf etdirilməsi məsələləri xüsusi diqqət mərkəzində olur.