AZEXIM Forum
“AZEXIM FORUM” ixrac və idxal sahəsində fəaliyyət göstərən şirkətləri, dövlət qurumlarını, beynəlxalq təşkilatları və biznes ekspertlərini bir araya gətirən beynəlxalq platformadır.Forum çərçivəsində hökumət nümayəndələri, region və şəhərlərin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, transmilli şirkətlərin, dövlət və özəl holdinqlərin rəhbərləri ilə B2B görüşlər, dəyirmi masalar və ikitərəfli işgüzar görüşlər təşkil olunur. “AZEXIM FORUM”un məqsədi Azərbaycan şirkətlərinin xarici bazarlara çıxış imkanlarını və fəaliyyət coğrafiyasını genişləndirmək, beynəlxalq tərəfdaşlıqların qurulmasını təşviq etmək, ixrac potensialını artırmaq və yeni biznes əlaqələrinin formalaşdırılmasına dəstək verməkdir.
Forum “Caspian Energy Club”, Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) və Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi tərəfindən birgə təsis edilmiş “AZEXIM CLUB” platformasının əsas layihələrindən biri kimi təqdim olunub.