
Milli Biznesin İnkişafı Forumu dövlət qurumları ilə biznes ictimaiyyəti arasında açıq dialoqun təşviq edilməsi məqsədilə təşkil olunan B2G (Business-to-Government) platformasıdır.
Milli Biznesin İnkişafı Forumu Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının çərçivəsində fəaliyyət göstərən işçi qruplarının dəstəyi ilə fəaliyyət göstərir.
Forum çərçivəsində sahibkarlıq subyektlərini maraqlandıran aktual məsələlər, iqtisadiyyatın müxtəlif sahələrində mövcud çağırışlar, inkişaf perspektivləri və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər müzakirə olunur.
Forumun əsas məqsədi dövlət və özəl sektor arasında kommunikasiyanın gücləndirilməsi, sahibkarların rəy, təklif və təşəbbüslərinin dinlənilməsi, eləcə də ölkədə əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasına töhfə verməkdir.