Caspian Energy Club International

Caspian Energy Club International

“Caspian Energy Club International” 3 avqust 2023-cü il tarixində “Caspian Energy Club”ın beynəlxalq layihələrini, dünyanın 65 şəhərində fəaliyyət göstərən xarici nümayəndəliklərini və qlobal biznes təşəbbüslərini vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmış beynəlxalq təşkilatdır.  

Təşkilatın əsas məqsədi müxtəlif ölkələrdə fəaliyyət göstərən sahibkarlar, investorlar, dövlət qurumları və biznes assosiasiyaları arasında əməkdaşlığın genişləndirilməsi, yeni biznes və investisiya imkanlarının yaradılması, eləcə də beynəlxalq iqtisadi əlaqələrin inkişafına töhfə verməkdir.  

“Caspian Energy Club International” üzv şirkətlərin yeni bazarlara çıxışını dəstəkləyir, beynəlxalq tərəfdaşlıqların qurulmasına, qarşılıqlı investisiyaların təşviqinə və qlobal biznes şəbəkəsinin genişləndirilməsinə xidmət edir. 

Bizə müraciət