
Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) ölkə daxilində və xaricdə fəaliyyət göstərən Azərbaycan sahibkarlarını və sahibkarlar assosiasiyalarını birləşdirən vahid beynəlxalq ekosistemidir.
25 aprel 2025-ci il tarixində “Caspian Energy Club International” nəzdində yaradılan və bu qurum tərəfindən idarə olunan MİLLİ.BİZ, Azərbaycan sahibkarlarını vahid beynəlxalq ekosistem ətrafında birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətlərin beynəlxalq bazarlara çıxışını dəstəkləyən, eləcə də regionlara xarici investisiyaların cəlb edilməsində fəal rol oynayan platformadır.
MİLLİ.BİZ-in inkişaf strategiyasına uyğun olaraq, 2034-cü ilədək dünyanın 100 ölkəsində nümayəndəliklərinin açılması planlaşdırılır.