
“Grand CEO Award Azerbaijan” Azərbaycan biznesinin inkişafına verdiyi töhfə, liderlik keyfiyyətləri, innovativ idarəetmə yanaşmaları, uğurlu kommunikasiya, şəxsi brendin inkişafı, həmçinin media və sosial şəbəkələrdəki fəallığı ilə seçilən şirkət rəhbərləri, sahibkarlar və top-menecerlər üçün təsis edilmiş milli mükafatdır.
Mükafatın məqsədi iri, orta və kiçik biznesdə fəaliyyət göstərən effektiv şirkət rəhbərlərini mükafatlandırmaqdır.
Səsvermədə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin nümayəndələri ilə yanaşı, geniş ictimaiyyətin nümayəndələri də iştirak edirlər. Mükafata həm uzun illər uğurla fəaliyyət göstərən şirkətlərin rəhbərləri, həm də qısa müddətdə uğurlu strategiyaları ilə seçilən yeni şirkətlərin rəhbərləri namizəd ola bilərlər.
Müsabiqə çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən, öz fəaliyyətləri, liderlik yanaşmaları və ictimai nüfuzları ilə seçilən 50 rəhbər müəyyən edilərək mükafatlandırılır.