⁠AZEXIM CLUB

⁠AZEXIM CLUB

“AZEXIM CLUB” Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi, milli biznesin beynəlxalq arenada mövqelərinin daha da möhkəmləndirilməsi, ixrac potensialının qlobal bazarlarda daha effektiv təşviqi, eləcə də ölkənin ixrac-idxal əməliyyatlarında fəal iştirak edən xarici şirkətlər və investorlar üçün nəzərdə tutulan platformadır.

“AZEXIM CLUB” “Caspian Energy Club”, Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) və Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir. 

“AZEXIM CLUB” üzvlərinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən və Azərbaycan bazarına daxil olmaq istəyən aparıcı istehsalçılar, distribütorlar və pərakəndə satış şəbəkələri ilə birbaşa əlaqələrinin qurulmasına xüsusi diqqət yetiriləcək. Bu məqsədlə xaricdə istehsal olunan, yüksək keyfiyyət göstəricilərinə və beynəlxalq standartlara cavab verən qida, FMCG və digər məhsul kateqoriyaları üzrə istehsalçılarla “AZEXIM CLUB” üzvləri arasında B2B görüşlərin təşkili nəzərdə tutulur. 

Bizə müraciət