
“Bear Club” kiçik və orta biznesin inkişafına dəstək məqsədilə yaradılmış networking platformadır.
“Bear Club”ın əsas prinsiplərindən biri hər bir şirkətin yalnız bir nümayəndə - sahibkar və ya rəhbər şəxs tərəfindən təmsil olunmasıdır.
“Bear Club” ənənəvi networking platformalarından fərqli olaraq, üzvlər arasında əməkdaşlığın daha geniş və dinamik formada inkişafını təmin edir. Bu məqsədlə hər həftə müxtəlif biznes görüşlər, B2B sessiyalar, tematik tədbirlər, "Grand CEO Tour"lar, səhər təşkil olunan "Grand CEO Breakfastlar" və axşam təçkil olunan "Grand CEO Party"lər təşkil olunur.
“Bear Club”ın hər bir tədbirində orta hesabla ən azı 30 şirkət arasında yeni işgüzar əlaqələr formalaşır və bir çox hallarda bu görüşlər uzunmüddətli tərəfdaşlıqların və birgə layihələrin başlanğıcına çevrilir.
“Bear Club” üzvləri, həmçinin, “Caspian Energy Club” tərəfindən təşkil olunan forumlar, networking tədbirləri, biznes missiyaları, yerli və beynəlxalq səfərlərdə iştirak etmək imkanı əldə edirlər.