Caspian Energy jurnalının növbəti buraxılışında COP29, yaşıl enerji, Caspian Oil and Gas sərgisi və s. kimi mövzular əhatə olunacaq. Qeyd edək ki, jurnalda OPEC-in Baş katibi Haysam Əl-Qaysın eksklüziv müsahibəsi yer alacaq. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.
Təqdim olunacaq yeni buraxılışda Aİ-yə üzv ölkələrin yüksək rütbəli rəsmilərinin, beynəlxalq təşkilatların rəhbərlərinin, habelə İrlandiyanın Ətraf Mühit, İqlim, Rabitə və Nəqliyyat naziri İmon Rayanın, İqlim Fəaliyyəti, Avstriyanın Ətraf Mühit, Enerji, Mobillik, İnnovasiya və Texnologiyalar üzrə Federal Nazir Leonora Qevesslerin, Latviyanın İqlim və Enerji Naziri Kaspars Melnisin və digər dövlət qurumları nümayəndələrinin da müsahibələri gözlənilir.