RASİM MAHMUDOV "Caspian Energy Club"
Baş İcraçı Direktorun Birinci Müavini və Baş Maliyyə Direktoru

Rasim Polad oğlu Mahmudov
1 noyabr 1976-ci ildə anadan olub
Təhsil:
Azərbaycan Dövlət İqtisad Universitetini (1993-1997) istehsalın idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsini, Bakı Biznes Universitetini (2006-2008) isə idarəetmə ixtisası üzrə maqistr dərəcəsini (fərqlənmə diplomu) alıb.
1991-ci ildən 1997-ci ilə qədər “Molodej Azerbaydjana”, “Ejednevniye Novosti” qəzetlərində, “Xəbər Servis”, “ANS Press” informasiya agentliklərində müxbir kimi çalışıb.
Eyni zamada ARG şirkətində marketinq və sosioloji tədqiqatlərı ilə məşğul olub. Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda təşkil olunmuş layihələrində iştirak edib.
1997-1998 ci ildə hərbi xidmətdə olub.
1999-cu ildən “Caspian Energy International Media Group”da işləyir.
2000-ci ildən xarici əlaqələr üzrə menecer vəzifəsində çalışıb. Həmin vaxtdan etibarən daimi əsaslarla konfrans, forum, sərgilərdə iştirak edərək, “Caspian Energy Club” və “Caspian Energy İnternational Media Group”un fəaliyyətini təmsil edib. Bir sıra konfranslarda məruzəçi qismində çıxış edib.
Klubun xaricdəki tədbirlərinin təşkilində bilavasitə iştirak edib, xarici şirkətləri Klubla əməkdaşlığa cəlb edib, Azərbaycanda fəaliyyət mövzusunda xarici təşkilatlarla danışıqlar aparıb. Sərgi və konfrans təşkilatçılığı ilə məşğul olan təşkilatlarla Azərbaycan şirkətlərinin Klub xətti ilə həmin tədbirlərdə iştirak predmeti üzrə danışıqlar aparıb.
Hal-hazırda “Caspian Energy Club”ın baş icraçı direktorun birinci müavini və baş maliyyə direktoru vəzifəsində çalışır.