GÜNEL QULİYEVA "Caspian Energy Club International"
İdarəedici Direktor

Günel Quliyeva Rafael qızı.
2015-2019-cu illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsini Rus dili və ədəbiyyat ixtisası üzrə bakalavr pilləsini bitirib.
Təhsil aldığı illər ərzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda və 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda  deleqasiya assistenti kimi, 4-cü İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitəsinin keçirdiyi tədbirlərdə, ASAN xidmətdə, “Caspian Energy International Media Group”da könüllü fəaliyyət göstərib.
2019-2021-ci illərdə “Caspian Energy” jurnalının redaksiyasında müxbir və digər vəzifələrdə çalışıb.
2021-ci ildə “Caspian Energy Club”da yeni layihələrin inkişafı üzrə menecer kimi fəaliyyətə başlayıb, sonra Qrupun baş icraçı direktorunun müşaviri, daha sonra isə protokol rəhbəri vəzifəsinə təyin edilib.
Fəaliyyəti ərzində “Forbes Georgia Caspian Energy”, “Caspian Energy Forum 2019”, “Caspian Business Award”, “CEO Award Azerbaijan”, 5-ci milli “Brand Award Azerbaijan 2021”, 6-cı milli “Brand Award Azerbaijan 2022”, kimi layihələrdə layihə rəhbəri və layihə koordinatoru, eyni zamanda “TellMann Show”un icraçı prodüseir kimi çalışıb.
Hal-hazırda “Caspian Energy Club International”ın idarəedici direktoru vəzifəsini icra edir.