İmran Ağayev
Səhiyyə, farmasevtika və biotexnologiyalar üzrə komitəsinin sədri
ATU Tədris Stomatoloji Klinikası – Direktor
ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru Ağayev İmran Əli Ağa oğlu 24 noyabr 1981-ci ildə anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin Stomatologiya fakültəsini bitirmişdir.
2003-2006-ci illərdə çənə cərrahı ixtisası üzrə internatura və kliniki ordinatura keçmişdir. Stomatologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Implantologlar Assossiasiyasının, Avropa Diş Implantologlar Assossiasiyasının üzvüdür.
2024-cü il iyun ayından etibarən ATU-nun Tədris Stomatoloji Klinikasının direktor vəzifəsində çalışır.