Rəşad Abasov

Nəqliyyat, logistika və ticarət zəncirləri üzrə komitəsinin sədri

 "ASE Asya Afrika Hızlı Kargo ve Dağıtım" MMC – Baş direktor

Rəşad Abasov 1978-ci ildə anadan olub. O, Quba şəhərindəki Lermontov adına 3 №-li rus bölməli məktəbi bitirib. 1996-2001-ci illərdə Bakı şəhərindəki Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat hüququ fakültəsini bitirib. İlk iş yerinə turizm və otelçilik sektorunda 2 il çalışaraq başlamışdır. 

1998-ci ildən yeni qurulmuş "ASE" şirkətində satış təmsilçisi kimi fəaliyyətə başlamış, 2001-ci ildə həmin şirkətdə satış müdiri, 2004-cü ildə direktor müavini, 2005-ci ildən isə "ASE Bakı" ofisinin direktoru direktoru vəzifəsini icra etməyə başlamışdır. 

2007-ci ildə "ASE Şirkətlər Qrupu"nda pay hissəsinin sahibi olmuş və bütün şəbəkə üzrə idarəetmə heyətinin üzvü təyin edilmişdir. Həmin ildə "ASE" Azərbaycana məxsus həm Almaniya, həm də İtaliyada qrupaj daşımaları üçün depolar qurmuşdur. 2015-ci ildən etibarən elektron ticarət sahəsində yeni platformalarla iş birliyi yaratmışdır. Hal-hazırda "ASE Şirkətlər Qrupu"nun direktoru vəzifəsini icra edir. Şirkət bir neçə sahədə xidmət verməklə öz müştərilərini təmin edir və onlara dəstək olur.