RƏŞAD ABASOV "Ase Asya Afrika Hizli Karqo ve Dagitim"
Baş Direktor

"ASE Şirkətlər Qrupu"nun direktoru Abasov Rəşad Əkrəm oğlu.

1978-ci il doğumlu, Quba şəhəri Lermontov adına 3 №-li rus bölməli məktəbi bitirmişdir. 

1996-2001 aralığında ali təhsilini Bakı şəhər Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat hüququ üzrə başa vurmuşdur. 

İlk iş yeri olaraq turizim və otelçilik sektorunda 2 il çalışmış və 1998-ci ildən yeni qurulmuş "ASE" şirkətində satış təmsilçisi kimi fəaliyyətə başlamışdır. 2001-ci ildə həmin şirkətdə satış müdiri, 2004-cü ildə direktor müavini, 2005-ci ildən isə "ASE Bakı" ofisinin direktoru olaraq fəaliyyət göstərməyə başlamışdır. 

2007-ci ildə "ASE Şirkətlər Qrupu"nda pay hissəsinin sahibi olmuş və bütün şəbəkə çərçivəsində idarəetmə heyətinin üzvü təyin edilmişdir. Həmin ildə "ASE" Azərbaycana məxsus həm Almaniya, həm də İtaliyada qrupaj daşımaları üçün depolar qurulmuşdur. 

2015-ci ildən etibarən elektron ticarət sahəsində yeni platformalarla iş birliyi yaratmışdır.

Hazırda şirkət bir neçə sahədə xidmət verməklə öz müştərilərini təmin edir və onlara dəstək olur. Xidmətlərinə ekspress yükdaşımaları, qrupaj tır daşımaları, FCL tır daşımaları, LTL tır daşmaları, dəniz yolu və quru yolla dünyanın istənilən yerindən Azərbaycana, o cümlədən Azərbaycandan dünyanın istənilən bölgələrinə çatdırılma aiddir. Həmçinin 6 ölkə ilə böyük platforma əlaqələrlə xidmət göstərir. Fəaliyyətə 5 işçidən ibarət heyətlə başlayan şirkətin hal-hazırda 70-dən çox əməkdaşı var və şirkət inkişafa doğru gedir.