Tibb elmləri namizədi Həmzəyeva Zərifə Kamil qızı 1980-ci illərin ortalarından 15 il A.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda dosent vəzifəsində çalışıb. O, həmçinin ölkədə ilk tibbi-genetik konsultasiyaya rəhbərlik edib.
1999-cu ilin sentyabrından Zərifə Həmzəyeva Azərbaycanda ilk parfümeriya və kosmetika şirkəti “Gazelli Group”un təsisçisi və prezidentidir. Şirkətin strukturuna kosmetika fabriki və “Gazelli House” gözəllik, sağlamlıq və uzunömürlülük mərkəzləri daxildir.