ANAR AĞAYEV "Food City Agrocomplex"
Baş İcraçı Direktor

Anar Hidayət oğlu Ağayev 19 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub.
Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə bakalavr (2004-2008) və magistr (2009-2011) dərəcələri ilə tamamlamışdır. Daha sonra Polşa Respublikasının Vroclav Universitetində “İqtisadiyyatın idarə edilməsi” üzrə ikinci magistr təhsili (2011-2013) almış, ABŞ-ın Boston Universitetinin Questrom Biznes Məktəbində isə MBA dərəcəsini (2022-2024) əldə etmişdir. O, həmçinin PMI üzvü olub, PMP sertifikatına sahibdir.
Peşəkar Karyera və Liderlik Təcrübəsi
Anar Ağayevin peşəkar fəaliyyəti strateji idarəetmə, agro biznesin inkişafı, təchizat zəncirinin idarəsilməsi və investisiyalar sahəsində formalaşıb.
2010-cu ildə maliyyə sahəsində karyerasına başlamış, daha sonra Polşada Capgemini şirkətinin Syngenta layihəsində maliyyə analitiki kimi çalışmışdır.
2014-2017-ci illərdə AS Group Investment şirkətlər qrupunda Biznesin İnkişafı və İnvestisiyalar Departamentinin direktoru vəzifəsində daşınmaz əmlak və kommersiya yönümlü investisiya layihələrinin həyata keçirilməsində aparıcı rol oynamışdır.
2019-2023-cü illərdə AZBADAM şirkətinin direktoru olaraq Azərbaycanda ilk badam emalı zavodunun yaradılması və fəaliyyətə başlamasına rəhbərlik etmişdir.
2023-cü ildən etibarən Azərbaycanın ilk və tək “Vahid Pəncərə Sistemi” prinsipi ilə idarə olunan çoxfunksiyalı beynəlxalq logistika terminalı Food City Agrocomplex-də Baş İcraçı Direktor vəzifəsini icra edir.