Grand CEO Tour

Grand CEO Tour

“Grand CEO Tour” sahibkarlar və top-menecerlər üçün işgüzar səfərlərin təşkili məqsədilə yaradılmış interaktiv platformadır.  

“Grand CEO Tour” iştirakçıları Azərbaycanın və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi ölkələrin müxtəlif regionlarının biznes infrastrukturu, sənaye müəssisələri, texnologiya parkları, logistik mərkəzləri,sərbəst və azad iqtisadi zonalarını ziyarət edərək burada tətbiq olunan innovativ həllər və investisiya imkanları ilə yaxından tanış olurlar. Eyni zamanda, iştirakçılar müəssisələrin top-menecerləri və orta səviyyəli rəhbərləri ilə birbaşa ünsiyyət qurmaq, təcrübə və fikir mübadiləsi aparmaq imkanı əldə edirlər.   

Layihənin əsas məqsədi sahibkarlar arasında qabaqcıl idarəetmə və biznes təcrübələrinin paylaşılmasını təşviq etmək, iştirakçıları müxtəlif ölkə və regionların iqtisadi potensialı, investisiya imkanları və biznes mühiti ilə tanış etməkdir. 

Bizə müraciət