Brand Award International
Brand Award International
“Brand Award International” Xəzər, Qara dəniz və Baltik regionlarının ticarət markalarını bir araya gətirən beynəlxalq qlobal müsabiqədir.
Müsabiqədə müxtəlif ölkələrdə keçirilən “Brand Award” milli müsabiqələrinin qalibi olmuş, hər ölkədən seçilən 50 tanınan brend iştirak edir.
Müsabiqə çərçivəsində “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi ölkələrdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən, istehlakçılar tərəfinən tanınan, güclü marketinq strategiyasına malik, media və sosial şəbəkələrdə aktiv pozisiyalara malik və effektiv brend mövqelənməsinə sahib olan 50 ticarət markası müəyyən edilərək mükafatlandırılır.
Müsabiqənin məqsədi reqional və ölkə daxili miqyaslarda tanınan korporativ, məhsul və xidmət brendlərin həm yerli, həm də beynəlxalq səviyyədə tanıdılmasına, brend nüfuzunun və bazar mövqelərinin gücləndirilməsi və yeni biznes imkanlarının yaradılmasına dəstək verməkdir.