
“Grand CEO Award International” biznesin inkişafına verdiyi töhfə, liderlik keyfiyyətləri, innovativ idarəetmə yanaşmaları, uğurlu kommunikasiya, şəxsi brendin inkişafı, həmçinin media və sosial şəbəkələrdəki fəallığı ilə seçilən şirkət rəhbərləri, sahibkarlar və top-menecerlər üçün təsis edilmiş beynəlxalq mükafatdır.
Müsabiqədə müxtəlif ölkələrdə keçirilən milli “Grand CEO Award” müsabiqələrinin qalibi olmuş və hər ölkəni təmsil edən 20 rəhbər şəxs iştirak edir.
Mükafatın məqsədi iri, orta və kiçik biznesdə fəaliyyət göstərən məqsədi effektiv şirkət rəhbərlərini mükafatlandırmaqdır.
Səsvermədə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin nümayəndələri ilə yanaşı, geniş ictimaiyyətin nümayəndələri də iştirak edirlər. Mükafata həm uzun illər uğurla fəaliyyət göstərən şirkətlərin rəhbərləri, həm də qısa müddətdə uğurlu strategiyaları ilə seçilən yeni şirkətlərin rəhbərləri namizəd ola bilərlər.