“Brand Award Azerbaijan” milli müsabiqəsi çərçivəsində Azərbaycanda fəaliyyət göstərən və ilin ən tanınan yerli korporativ, xidmət və məhsul brendlərini seçərək mükafatlandırılır.
İl ərzində istehlakçıların böyük marağına səbəb olmuş və populyarlıq qazanmış şirkətlərin və təşkilatların əmtəə və xidmətlərinin ən tanınan brendlərinə təqdim edilən bu mükafat 2009-cu ildən etibarən mütəmadi olaraq təşkil edilir.
Müsabiqənin qalibləri müstəqil beynəlxalq onlayn platformada keçirilən səsvermə əsasında müəyyən edilir. Respondentlər namizədlərə www.brandaward.az saytında səs verir. Səsvermənin nəticələri "Brand Award Azerbaijan" milli müsabiqəsinin mükafatlandırma mərasimi çərçivəsində açıqlanır.
“Öz brendini tanıt” sloqanı altında təşkil edilən “Brand Award Azerbaijan” milli müsabiqəsi Azərbaycanın dövlət və özəl sektorunda çalışan yerli brendlərin tanınmasına göstərilən dəstəyin bariz nümunəsidir.
“Caspian Energy Club”ın üzvləri üçün müsabiqədə iştirak ödənişsizdir.
“Caspian Energy Club”ın üzvü olmayan şirkətlər üçün isə təşkilati ödəniş hər il müəyyənləşdirilir.