CEO Award

CEO Award

2021-ci ildən etibarən təşkil edilən milli “CEO Award Azerbaijan” müsabiqəsi çərçivəsində Azərbaycanda ilin ən tanınan top-menecerləri seçilərək mükafatlandırılır.
Azərbaycanda fəaliyyət göstərən milli və xarici şirkətlərin sahiblərin və rəhbərlərin iştirak etdiyi müsabiqənin qalibləri müstəqil beynəlxalq onlayn platformada keçirilən səsvermə əsasında müəyyən edilir. Respondentlər namizədlərə www.ceo.award.az saytında səs verir.
“İdarə edənlər üçün!” sloqanı altında təşkil edilən “CEO Award Azerbaijan” milli müsabiqəsinin məqsədi Azərbaycanın dövlət və özəl sektorunda çalışan ən tanınan şirkət sahibləri və rəhbərlərini müəyyən etmək, həmçinin kiçik və orta biznesi təmsil edən sahibkarlar haqqında məlumatları geniş ictimaiyyətə çatdırmaqdır.
“Caspian Energy Club”ın üzvləri üçün müsabiqədə iştirak ödənişsizdir.
“Caspian Energy Club”ın üzvü olmayan şirkət rəhbərləri üçün isə təşkilati ödəniş hər il müəyyənləşdirilir.

Bizə müraciət